Terrorçular Suriyanın şimalındakı yaşayış məntəqəsini tərk edirlər


Dünya 20 Fev 2018 10:15:00 258 0

Terrorçular Suriyanın şimalındakı yaşayış məntəqəsini tərk edirlər

PYD və YPG terrorçuları Türkiyənin Mardin vilayəti ilə sərhəddə, Suriyanın şimalında yerləşən əl-Qamışlı yaşayış məntəqəsini tərk edirlər.

Son.az Trend-ə istinadən xəbər verir ki, bu barədə Türkiyə KİV-ləri hərbi kəşfiyyatdakı mənbəyə istinadən yazır.

Məlumata əsasən, artıq ikinci gündür ki terrorçuların bölmələrinin şəhəri tərk etdiyi və cənub istiqamətində geri çəkildiyi müşahidə olunur.