İki qohum avtomobillə vuruldu


Digərləri 20 Fev 2018 09:30:00 305 0

İki qohum avtomobillə vuruldu

Fevralın 19-u, saat 23.00 radələrində Balakəndə rayonun Talalar kənd sakini Tural Əliyev idarə etdiyi  "VAZ 21015" markalı minik avtomobili ilə yolu keçmək istəyən rayonun Tülü kənd sakinləri, 1968-ci il təvəllüdlü Rəfail Şamil oğlu İsayevi və 1989-cu il təvəllüdlü Rəşad Xəlil oğlu Haqverdiyevi vurub.

Son.az APA-ya istinadən xəbər verir ki, nəticədə müxtəlif dərəcəli bədən xəsarətləri alan piyadalar Balakən Mərkəzi Rayon Xəstəxanasına (MRX) aparılıblar.

MRX-dan APA-ya verilən məlumata görə, onların müalicəsi xəstəxananın reanimasiya şöbəsində aparılır, vəziyyətləri orta-ağır qiymətləndirilir. R.İsayev və R.Haqverdiyevin dayı-bibi uşaqları olduğu bildirilir.