Gəncədə dəm qazından boğulan ər və arvada görə cinayət işi başlandı


Digərləri 20 Fev 2018 09:25:00 220 0

Gəncədə dəm qazından boğulan ər və arvada görə cinayət işi başlandı

Gəncədə ər-arvadın dəm qazından boğularaq ölməsi faktı ilə bağlı cinayət işi başlanıb.

Bakı. Samir Əli - Gəncədə ər-arvadın dəm qazından boğularaq ölməsi faktı ilə bağlı cinayət işi başlanıb. Gəncə şəhər Prokurorluğundan Trend-ə verilən məlumata görə, fakta görə Cinayət Məcəlləsinin 124.2- ci ( ehtiyatsızlıqdan iki və ya daha çox adamı öldürmə) maddəsilə cinayət işi başlanıb, istintaq davam edir.