İPhone ən çox satılan smartfon olacaq?


Digərləri 20 Fev 2018 08:59:00 235 0

İPhone ən çox satılan smartfon olacaq?

Maye-kristal ekranla təchiz edilən "iPhone" 2018-ci ildə ən çox satılan "Apple" smartfonu olacaq. Bu barədə "KGI Securities" şirkətinin analitiki Minq-Çi Kuonun yeni hesabatında deyilir. Onun proqnozlarına görə, şirkət ikinci və üçüncü maliyyə rübləri ərzində 100 milyon model satacaq.

Son.az ICTnews-a istinadən bildirir ki, qeyd olunan dövrdə smartfonun satışları ümumi satış həcminin 50 faizini təşkil edəcək. Qeyd edək ki, bir rüb ərzində bütün "iPhone" modellərinin satış həcmi adətən 40-50 milyon nümunə arasında dəyişir. Proqnozdan belə məlum olur ki, 2018-ci ilin ikinci yarısında rüblük göstəricilər iki dəfə artacaq.

Ehtimallara görə, bu yay təqdimatı gözlənilən qurğu 6,1 düym diaqonallı "LCD" ekran, eləcə də sifətin tanınması sistemi əvəzinə, barmaq izi skaneri ilə təchiz olunacaq. Smartfonun ilkin qiyməti 700-800 dollar təşkil edəcək.

Xatırladaq ki, analitikin əvvəlki proqnozuna görə, "Apple" şirkəti 2018-ci ildə "iPhone X" modeli əsasında üç yeni smartfon buraxacaq.