Gözdən əlillər üçün virtual reallıq proqramı yaradılıb VİDEO


Digərləri 20 Fev 2018 08:46:00 274 0

Gözdən əlillər üçün virtual reallıq proqramı yaradılıb  VİDEO

ABŞ-ın "Microsoft" korporasiyası gözdən əlillərə məkanda istiqaməti müəyyənləşdirməyə kömək edəcək proqram hazırlayıb. Bu barədə korporasiyanın saytında deyilir.   Son.az ICTnews-a istinadən bildirir ki, gözdən əlil şəxs hərəkət etməyə başlayan zaman "canetroller" adlanan əsanı yönəldərək ətrafdakı məkanı skan edəcək. Qurğu obyektləri tanıyır və istifadəçi onlardan birinə yaxınlaşan zaman vibrasiya verməyə başlayır.   Bundan başqa, istifadəçi istiqamətin daha yaxşı müəyyənləşdirilməsi üçün səsi təmin edən qulaqcıqlar dəsti ilə təchiz olunub.   Qurğunun keçirilən sınaqlarında iştirak edən gözdən əlil şəxslərin sözlərinə görə, hazırda çəkisi təxminən 2 kq təşkil edən "canetroller" əsasının çəkisini azaltmaq lazımdır.

Videonu izləmək üçün şəklə klikləyin:


Xəbərə aid video