Ötən gün ölkə ərazisində 104 cinayət hadisəsi törədilib


Sosial 20 Fev 2018 08:32:16 284 0

Ötən gün ölkə ərazisində 104 cinayət hadisəsi törədilib

Axtarışda olduğuna görə 41 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib

Ötən gün respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 104 cinayət faktı qeydə alınıb, onların da 15-i “isti izlər”lə açılıb.

“Report” xəbər verir ki, axtarışda olduğuna görə 41 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Respublikanın avtomobil yollarında 2 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 2 nəfər ölüb.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 9 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 24 nəfər saxlanılıb.