ABŞdan Rusiyaya sərt “Petya” ittihamı


Digərləri 20 Fev 2018 08:31:00 202 0

ABŞdan Rusiyaya sərt “Petya” ittihamı

Böyük Britaniyadan sonra ABŞ hökuməti də 2017-ci ildə "NotPetya" virusu vasitəsilə həyata keçirilmiş genişmiqyaslı kiberhücuma görə Rusiyanı rəsmən ittiham edib.

Son.az lent.az-a istinadən xəbər verir ki, Ağ Ev bu barədə xüsusi bəyanat yayıb.

Bəyanatda həmin hadisə indiyədək baş vermiş ən dağıdıcı və ən baha başa gələn kiberhücum kimi qiymətləndirilib. Qeyd olunur ki, virus bütün dünyada sürətlə yayılaraq Avropa, Asiya və Amerikaya milyardlarla dollar həcmində zərər vurub: "Hücum Kremlin Ukraynada qeyri-sabitlik yaratmaq cəhdlərinin bir hissəsi və Rusiyanın Donbasda davam edən münaqişədə iştirakının daha aydın nümayişi idi. Beynəlxalq ictimaiyyətin kiberhücuma cavabı olacaq, nəticələr qaçılmazdır".