Abşeronda yaşlı kişi yanğın zamanı ölüb


Sosial 20 Fev 2018 08:20:04 249 0

Abşeronda yaşlı kişi yanğın zamanı ölüb

Hadisə Məhəmmədli kəndində baş verib

Abşeron rayonunun Məmmədli kəndində ümumi sahəsi 25 m2 olan köməkçi tikilinin yanar konstruksiyaları yanıb.

“Report” FHN-ə istinadən xəbər verir ki, yanğının kəşfiyyatı zamanı yanğınsöndürənlər tərəfindən 1954-cü il təvəllüdlü Əlövsətov Əlövsət Məmməd oğlunun cəsədi aşkar olunub.

Yaxınlıqdakı ev yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.