Bakıda yolu düzgün yerdən keçməyən kişini maşın vurub


Sosial 20 Fev 2018 07:43:13 265 0

Bakıda yolu düzgün yerdən keçməyən kişini maşın vurub

Yaralı 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib

Bakının Binəqədi rayonunda yol qəzası zamanı 1 nəfər xəsarət alıb.

"Report"un xəbərinə görə, 1969-cu il təvəllüdlü Kərimov Elmdar Cavanşir oğlu Azadlıq prospektində piyadalar üçün müəyyən edilməmiş yerdən keçən zaman onu minik avtomobili vurub.

Yaralı 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

Faktla bağlı Binəqədi Rayon Polis İdarəsində araşdırma aparılır.