Şəmistan Əlizamanlıdan Afrin əməliyyatına musiqili dəstək VİDEO


Digərləri 19 Fev 2018 23:39:00 237 0

Şəmistan Əlizamanlıdan Afrin əməliyyatına musiqili dəstək  VİDEO

Türkiyə Ordusunun Suriyanın Afrin bölgəsində terrorçulara qarşı keçirdiyi hərbi əməliyyatlara daha bir dəstək hərbi-vətənpərvərlik mahnılarının ifaçısı Şəmistan Əlizamanlıdan gəlib.

Son.az bildirir ki, keçmiş hərbi diktor, hərbi-vətənpərvərlik mahnılarının ifaçısı Şəmistan Əlizamanlı Afrin əməliyyatlarında iştirak edən hərbçilərə dəstəyini musiqi ilə bildirib.

Şəmistan Əlizamanlı Əhməd Cavadın 100 il əvvəl Qafqaz İslam Ordusuna həsr etdiyi "Ey Əsgər" şeirinə musiqi bəstələyib. Mahnının adını isə "Yürüyün əsgərlər, yürüyün" qoyub.

İfaçının "Yürüyün əsgərlər, yürüyün" mahnısı qardaş ölkədə böyük rəğbətlə qarşılanıb. Hətta Türkiyənin bir neçə məşhur telekanalı bu musiqi nümunəsinə aid süjet hazırlayıb.