Təkcə Türkiyə deyil, bütün dünya bu serialdan danışır


Digərləri 19 Fev 2018 23:01:00 259 0

Təkcə Türkiyə deyil, bütün dünya bu serialdan danışır

"ATV" kanalında yayımlanan "Sen anlat Karadeniz" serialı dünyada ən çox izlənən seriallar siyahısına daxil olub.

Son.az axşam.az-a istinadən bildirir ki, WIT (World Information Tracking) tərəfindən təqdim edilən siyahı "Twitter" sosial şəbəkəsində aparılan müzakirələrə əsasən hazırlanıb.

Məlumata görə, "Sen anlat Karadeniz" 45 min tvitlə onluqda 6-cı sırada bərqərar olub.

Adı çəkilən serial Türkiyədə də reytinqləri alt-üst edib. Belə ki, ekran işi ilk bölümündən sonra reytinq cədvəlinə uzun müddətdir liderlik edən "Diriliş Ertuğrul"u qabaqlayaraq birinci olub.