Telefonların enerjilərinə "düşmən" kəsilən mobil tətbiqlər FOTO


Digərləri 19 Fev 2018 22:03:00 245 2

Telefonların enerjilərinə "düşmən" kəsilən mobil tətbiqlər  FOTO

"Avast" şirkətinin tədqiqatçıları ən çox enerji sərf edən tətbiqlər barəsində iki top siyahı hazırlayıblar.

Son.az "qafqazinfo"-ya istinadən xəbər verir ki, həmin tətbiqlər bir qayda olaraq ya fon rejimində çalışaraq, ya da istifadəçi tərəfindən istifadə olunaraq enerji sərf edirlər.

Sözügedən hesabat 2017-ci ilin iyul-sentyabr ayları ərzində dünyadakı 3 milyon smartfonları əhatə edir. Birinci top siyahıya smartfonun işə düşməsi zamanı fon rejimində hansısa işi görmək üçün nəzərdə tutulmuş və avtomatik prosesə başlayan tətbiqlər daxil olub. Bu siyahıdakı ilk 3 yeri "Samsung" smartfonlarına quraşdırılmış tətbiqlər tutublar:

- Cihazlarla uzaqdan idarə üçün "Link" tətbiqi,

- Proqram təminatının yenilənməsi üçün olan tətbiq,

- "ChatON" messenceri.


Xəbərə aid fotolar