Yaddaşlarda sovet casusu kimi qalan aktyor FOTO
Digərləri 19 Fev 2018 21:39:00 261 2
Tixonov 81 yaşında başa düşdü ki, ömrü boyu yalnız keçmişdə qalan qızı sevib
Son.az kaspi.az-a istinadən yazını təqdim edir.
"Vyaçeslav Tixonov - bu böyük aktyor, milyonlarla tamaşaçının qəlbində həmişə birinci dərəcəli sovet casusu olaraq qalacaq". Görkəmli rus aktyorunun 90 illiyi Rusiya mətbuatında bu cümlələrlə qeyd edilir. Ştirlis rolu təkcə aktyorun özü üçün deyil, bütünlüklə SSRİ kinematoqrafiyası üçün böyük uğur idi. "Baharın on yeddi anı"nda çəkilən bütün aktyorlar film ekranlara çıxan günün səhəri, yuxudan məşhur oyandılar. Vyaçeslav Tixonov isə kinodakı fəaliyyəti boyu 70-dən artıq rola çəkilsə də, tamaşaçılar üçün "Ştirlis" olaraq qaldı. Bu, bəzən onu qıcıqlandırır: "Məndən kəşfiyyatçı düzəltdiniz" deyirdi. Moskvanın mərkəzində aktyorun xatirəsinə həsr olunan "Həyatın 17 anı" adlı sərgi isə Vyaçeslav Tixonovun bütün həyat yaradıcılığından söz açır. Kino səmasında parlaq ulduz Vyaçeslav Tixonov Moskva vilayətinin Pavlov qəsəbəsində anadan olub. Onun atası fabrikdə fəhlə, anası isə uşaq bağçasında tərbiyəçi işləyirdi. O, ilk peşəsini özü seçmişdi. Məktəbi bitirəndən sonra xarratlığa yiyələnmək üçün texniki peşə məktəbində oxudu. İkinci Dünya Müharibəsi bitənədək xarrat kimi işlədi. Praktiki olaraq Vyaçeslav bütün günü hərbi zavodda işləyir, yalnız axşamlar qonşuluqda yerləşən "Vulkan" kinoteatrının çox da böyük olmayan kölgəsinə çəkilərək dincəlməyə macal tapırdı. Vyaçeslav həyatda çox şeylərə öz intuisiyası ilə nail olmuşdu. O, böyük həvəslə kinematoqrafiya ilə maraqlanmağa başlayır. SSRİ-nin müharibəyə həsr olunan filmləri onu sanki ovsunlamışdı. Məhz bunun sayəsində gənc oğlanda kinoaktyor olmağa maraq yaranır. O, daim kino qəhrəmanlarını yamsılamağa çalışırdı. Amma ciddi məşqlər üçün demək olar ki, nə yeri, nə də vaxtı var idi. Vyaçeslav 1945-ci ildə Ümumittifaq Kinematoqrafiya İnstitutuna daxil olmaq üçün Moskvaya getsə də, qəbul imtahanlarından kəsilir. Arzuladığı diplomu almaq üçün ona xoşbəxt bir təsadüf kömək olur. İnstitutun müəllimi Boris Bibikovun oğlana heyfi gəlir və onu plandan kənar olaraq, öz fakültəsinə qəbul edir. Bununla da sovet kinematoqrafiyası səmasına parlaq bir ulduz bəxş edir. Kinoda ilk çəkiliş ona ikinci kursda oxuyarkən - 1948-ci ildə nəsib olur. "Gənc qvardiyaçılar" filmində ona kiçik rol verilmişdi. Təbii ki, böyük uğuru hələ qazana bilməzdi. Növbəti rolu isə gənc aktyora institutu bitirəndən sonra verilir. 1950-ci ildə Vyaçeslav Tixonov illərlə arzusunda olduğu müqəddəs diplomu almağa nail olur. Diplomla bərabər Vladimir Braunun "Asudə günlər" filminə çəkilmək üçün dəvət də alır. Bundan sonra ona dalbadal sovet filmlərinə çəkilməyə dəvətlər gəlir. O, kinoya çəkilməklə bərabər, həm də kinoteatrın səhnəsində oynayır. Maksim Qorki adına kinostudiyada daimi işləməyə başlayır. Sonralar gənc aktyor teatrı tərk edib özünü bütünlüklə kinematoqrafiyaya həsr etmək qərarına gəlir. Vyaçeslav Tixonov bir çox filmlərdə çəkilir. "Baharın 17 anı", "Bazar ertəsinə kimi yaşayaq", "Hərb və sülh", "Əhvalat Penkovda baş vermişdi", "Qaraqulaq ağ Bim" və s. filmlər onun tamaşaçılara sevdirir. Vyaçeslav Tixonov tez-tez çəkilirdi, ona görə də 50 il ərzində sovet kinematoqrafiyasının canlı təmsilçisinə və əsas ulduzuna çevrilə bilmişdi. O, knyazları və casusları, məktəb müəllimini və KQB-nin zabitlərini oynayırdı. Buna baxmayaraq, hər bir yeni rolu almaq ona çətinliklə başa gəlirdi. Sovet ideologiya maşını tez-tez əngəllər törədirdi. Aktyorun xarici görünüşünü "aristokrat", "qeyri-rus" və "avropasayağı" adlandırırdılar. Amma lazım olanda aktyorun dostları köməyinə çatırdı. Sonralar çəkildiyi filmlərin çox hissəsi klassik sovet kinematoqrafiyasına aid idi. 2006-cı ildə Vyaçeslav Tixonov "Andersen. Məhəbbətsiz həyat" filmində Allah roluna çəkilir və bu ekran əsəri onun həyatında sonuncu olur.
Tixonovun qadınları