Taxtadan 70 mərtəbəli göydələn inşa ediləcək


Digərləri 19 Fev 2018 21:33:00 207 2

Taxtadan 70 mərtəbəli göydələn inşa ediləcək

Yaponiyanın "Şumitomo Forestry" şirkəti Tokioda taxtadan 350 metr hündürlükdə göydələn inşa etməyi planlaşdırdığını elan edib.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, şirkətin planına əsasən 70 mərtəbəli göydələn 2041-ci ildə paytaxtın Marunoçi işgüzar rayonunda inşa ediləcək.

Binanın konstruksiyasının zəlzələyə qarşı müqavimətini artırmaq üçün poladdan da istifadə olunması nəzərdə tutulur. Buna qədər Yaponiyada taxtadan inşa edilən ən hündür tikili yeddi mərtəbəli olub.