Ruslan Nimçinskiy Rusiya XİNə çağırılıb


Digərləri 19 Fev 2018 21:12:00 225 0

Ruslan Nimçinskiy Rusiya XİNə çağırılıb

Ukraynanın Moskvadakı müvəqqəti vəkili Ruslan Nimçinskiy Rusiyanın Xarici İşlər Nazirliyinə çağırılıb. Ukrayna tərəfinə ötən gün Kiyevdə "Rossotrudniçestvo" Agentliyinin binasına edilən hücumdan sonra etiraz bildirilib.

Son.az APA-ya istinadən xəbər verir ki, bu barədə Rusiya XİN-in məlumatında deyilir.

"Rusiya tərəfi hücumu törədənlərin müəyyən edilərək məsuliyyətə cəlb edilməsini tələb edib", məlumatda bildirilir.