Məşhur Hollivud aktyoruna bənzəyən əməkdar artist: "Kastinqlərə getsəm də, məni çəkmirdilər ki..." FOTO


Kriminal 19 Fev 2018 21:09:00 350 0

Məşhur Hollivud aktyoruna bənzəyən əməkdar artist: "Kastinqlərə getsəm də, məni çəkmirdilər ki..."  FOTO

Əməkdar artist Rasim Cəfərovun Son.az-müsahibəsi.

- Rasim bəy, teatr və kino sahəsində gördüyünüz işlərlə həmkarlarınızdan daha çox fərqlənirsiniz. Amma həmişə təvazökarlığınızı qoruyub saxlamısınız. Təvazökarlığınız işlərinizdə sizə mane olmur ki?

- Xeyr, əksinə. Təvazökarlıq uşaq xasiyyətimi saxlamaqda mənə çox köməklik edir. Aktyor bir növ uşaq kimi olmalıdır. Oynadığı rola inanması üçün bu vacib amildir.

- Sizi Hollivud aktyoru Edrian Brodiyə oxşadırlar. Heç düşünmüsünüzmü Hollivudda dünyaya gəlsəydim, həyatım başqa cür olardı?

- Bəzən bu barədə fikirləşirəm. Mən ilk dəfə filmə 2007-ci ildə çəkilmişəm. Maraqlısı burasındadır ki, bu vaxta kimi hansı kastinqə gedirdim, məni çəkmirdilər ki, sən bizim qəhrəman deyilsən. Mən Avropada yaşasaydım, yaxşı menecerim olsaydı, Edrian Brodi ilə mübarizə aparardım.

- Teatrda vəziyyət necədir?

- Şəxsən bizim Gənc Tamaşaçılar Teatrında vəziyyət çox yaxşıdır, işlər dayanmır, gedir. Yeni-yeni əsərlər hazırlayırıq.

- Teatr, yoxsa kino? Özünüzü hansında tapırsınız?

- Mən İncəsənət Universitetinə sənədlərimi verəndə də kino ixtisasına daxil olmaq istəyirdim. Kinonu nədənsə daha çox sevirəm. Kino meydançasında yaşayıram. Orada mən özüməm. Çəkiliş meydançasında aktyorluqdan tutmuş hər bir işi görməyə hazıram.

- "Qafqaz" qısametrajlı filmi sizi həm də sosial şəbəkədə çox məşhurlaşdırdı. Yaratdığınız obraz barəsində nə deyə bilərsiniz?

- Filmin rejissoru Arif Mərdan idi. Filmi çox qısa müddətdə çəkdik. Mənim oynadığım personajın unutqanlığı məni yandırırdı. Çünki onun başına olmazın oyunlar açılmışdı. O, yenə də hər şeyi unutmuşdu.


Xəbərə aid fotolar