Səid Rüstəmovun mahnılarından ibarət konsert


Kriminal 19 Fev 2018 19:45:00 368 0

Səid Rüstəmovun mahnılarından ibarət konsert

Martın 14-də Heydər Əliyev Sarayında görkəmli bəstəkarı, Xalq artisti Səid Rüstəmovun mahnılarından ibarət konsert keçiriləcək.

Konsertdə Respublikanın Xalq artistləri Nəzakət Teymurova, Azər Zeynalov, Gülyaz Məmmədova, Samir Cəfərov, Gülyanaq Məmmədova, Əməkdar artistlər İlqar Muradov, Lalə Məmmədova, Anar Şuşalı, Almaz Orucova, Teyyub Aslanov, Zöhrə Abdullayeva, Ehtiram Hüseynov, tanınmış ifaçılar Nadir Qafarzadə, Sərxan Bünyadzadə, Xəyyam Nisanov və başqaları iştirak edəcəklər. Konsertdə sevilən müğənnilərin ifasında bəstəkarın biri-birindən gözəl, qəlbə yatan və unudulmaz mahnılarını səsləndiriləcək.

İfaçıları Əməkdar kollektiv Azərbaycan Televiziyası və Radiosunun Səid Rüstəmov adına xalq çalğı alətləri orkestri və Azərbaycan Televiziya və Radiosunun Niyazi adına simfonik orkestri müşaiyət edəcəklər.

Saat 19:00-da başlayacaq konsertin biletlərinin qiyməti 10-60 manat təşkil edir.

Biletləri Heydər Əliyev Sarayının kassasından, şəhərin kassalarından, www.iticket.az saytından onlayn və ASAN xidmət mərkəzlərindən, Gənclik və 28 Mall ticarət mərkəzlərindəki kassalardanəldə edə bilərsiniz.