"Milan"ın çinli sahibi müflis oldu?


İdman 19 Fev 2018 18:54:00 349 0

"Milan"ın çinli sahibi müflis oldu?

2017-ci ilin aprelində "Milan"ın səhmlərini silvio Berluskonidən satın alan Yonhonq Li müflis olub. Bu iddia ilə İtaliyanın "Corriere dello Sport" nəşri çıxış edib. Goal.az xəbər verir ki, idman nəşri klub səhmlərinin satışa çıxarılacağını yazıb. Çinli iş adamının maliyyə durumunu daha öncə "New York Times" və biznes qəzeti "Il Sole 24 Ore" da nəzərdən keçirmişdi. 60 milyon avro dəyəri olan "Zhuhai Zhongfu" şirkəti Ciangsu və Kanton banklarına olan borcu səbəbindən satışa çıxarılmışdı. Plastik butulka istehsalı ilə məşğul olan kompaniyanın 11.39%-i Yonhonq Linin konsorsiumuna məxsusdur. Bir neçə gün öncə Linin biznes əlaqəsi olan "Shenzhen Jie Ande" şirkətinin iflasını aylardır gizlətdiyi ortaya çıxmışdı. Ehtimal edilir ki, Yonhonq Linin dövriyyə üçün əlində cəmi 100 milyon avro qalıb.