Baramanın “Science via Media” layihəsinin mükafatlandırma mərasimi baş tutub (FOTO)


Digərləri 19 Fev 2018 18:45:00 240 0

Baramanın “Science via Media” layihəsinin mükafatlandırma mərasimi baş tutub (FOTO)

Barama Media Mərkəzi tərəfindən gənclik üçün möhtəşəm şans olan "Science via Media" layihəsi uğurla tamamlanıb və qaliblərə mükafatlar təqdim edilib.

Bakı. Barama İnnovasiya və Sahibkalıq Mərkəzi, Azercell və PAŞA Bankın dəstəyi ilə Bakı Dövlət Universitetində yerləşən, tələbələrin özünü inkişaf laboratoriyası olan Barama Media Mərkəzi tərəfindən gənclik üçün möhtəşəm şans olan "Science via Media" layihəsi uğurla tamamlanıb və qaliblərə mükafatlar təqdim edilib. "Azercell"dən Trend-ə verilən məlumata görə, qaliblərin məyyən edilməsi Youtube kanalı və münsiflər tərəfindən verilən ballar əsasında baş tutub. Barama İnnovasiya və Sahibkarlıq Mərkəzinin rəhbəri İmran Bağırov və Bakı Dövlət Universitetinin mətbuat xidmətinin rəhbəri Pərvanə İbrahimova tədbirin əvvəlində çıxış edərək "Science via Media"nın gəncləri monoton təhsil vərdişlərindən fərqli olaraq elmin praktiki və görünməyən sahəsinin işıqlandırılmasına cəlb edəcəyini, müsabiqə üçün hazırlanacaq video çarxlar vasitəsiylə həm müsabiqədə iştirak edəcək gəncliyin, həm də ümumi toplumun məlumatlanmasına və faydalanmasına töhfə verəcəyini qeyd ediblər. Həmçinin, 19 Fevral 2018 tarixində Bakı Dövlət Universitetində baş tutan bağlanış mərasmində “Technote” startupının rəhbəri Fərid Pərdəşünas, Jurnalistika fakültəsinin dekanı Vüqar Əliyev və tanınmış aktyor, video bloger Əlixan Rəcəbovun təqdimatında media sahibkarlığı mövzusunda panel müzakirə də rellaşıb. Müzakirələr zamanı tələbələrə mediada startuplar, yeniliklər haqqında təcrübədən doğan məlumatlar verilərək, onların sualları cavablandırılıb.