Azərbaycan nar şərab, qurudulmuş xurma kimi məhsulların ixracına dair danışıqlara başlayıblar (FOTO)


Digərləri 19 Fev 2018 18:30:00 249 0

Azərbaycan nar şərab, qurudulmuş xurma kimi məhsulların ixracına dair danışıqlara başlayıblar (FOTO)

“Gulfood 2018” Beynəlxalq Ərzaq Sərgisində Azərbaycan “Made in Azerbaijan” vahid ölkə stendi ilə təmsil olunur.

Bakı. Fevralın 18-dən 22-dək Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində keçirilən “Gulfood 2018” Beynəlxalq Ərzaq Sərgisində Azərbaycan “Made in Azerbaijan” vahid ölkə stendi ilə təmsil olunur. İqtisadiyyat Nazirliyindən Trend-ə verilən məlumata görə, Dubayın Beynəlxalq Ticarət Mərkəzində təşkil olunan sərgidə 120 ölkədən 5 mindən çox şirkət öz məhsullarını təqdim edir.