SOCAR və "Statoil" arasında "Qarabağ" yatağı ilə bağlı saziş imzalana bilər


Digərləri 19 Fev 2018 17:41:00 352 0

SOCAR və "Statoil" arasında "Qarabağ" yatağı ilə bağlı saziş imzalana bilər

"Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) və Norveçin "Statoil" şirkəti bu il "Qarabağ" neft-qaz yatağının işlənməsi üzrə saziş imzalaya bilər".

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu "Reuters" agentliyinə müsahibəsində SOCAR-ın investisiyalar və marketinq üzrə vitse-prezidentinin müavini Vitali Bəylərbəyov deyib.

Şirkət rəsmisi bildirib ki, "Qarabağ" yatağı "Abşeron", "Ümid" və "Babək" yataqları kimi gələcəkdə "Cənub Qaz Dəhlizi"nin gücünün artırılması üçün istifadə oluna bilər.