Rusiyada Böyük Vətən müharibəsində həlak olmuş azərbaycanlının məzarı tapıldı FOTO


Digərləri 19 Fev 2018 17:46:00 303 0

Rusiyada Böyük Vətən müharibəsində həlak olmuş azərbaycanlının məzarı tapıldı  FOTO

Rusiyanın Smolensk vilayətində Böyük Vətən müharibəsində həlak olmuş azərbaycanlının məzarı tapılıb.

Son.az xəbər verir ki, Azərbaycanın Rusiyadakı səfirliyindən APA-ya verilən məlumata görə, Smolensk vilayətində fəaliyyət göstərən "Dolq" ictimai təşkilatı tərəfindən hər il regionda Böyük Vətən müharibəsi zamanı həlak olmuş insanların cəsədlərinin axtarılıb tapılması və onların dəfn edilməsi məqsədi ilə ekspedisiyalar təşkil edilir.

Müharibə zamanı yer üzündən silinmiş kəndin yerləşdiyi ərazidə 1943-cü ilə aid məzarlıq aşkar edilib. Oradan 26 döyüşçünün meyiti eksqumasiya edilib. Bundan əlavə, müvafiq araşdırma zaman məlum olub ki, tapılan cəsədlər 1943-cü ildə Smolensk vilayətinin Demidov rayonunun azad edilməsində iştirak etmiş 101-ci atıcı briqadasının döyüşçülərinə məxsusdur. Onların hamısının adları müəyyən edilib.

21 sentyabr 2017-ci il tarixində qeyd olunan əsgərlərin cəsədləri Demidov rayonunun Lobanovo kəndinin "Xatirə meydanı" memorialında bütün hərbi və dini ayinlərə riayət olunmaqla, təntənəli surətdə dəfn edilib.