Bakının mərkəzində naməlum kişi meyiti tapıldı FOTO


Digərləri 19 Fev 2018 17:31:00 309 0

Bakının mərkəzində naməlum kişi meyiti tapıldı  FOTO

Fevralın 19-da Səbail rayonunun Nizami küçəsindəki yaşayış binalarının birinin həyətində təxminən 25-30 yaşlarında olan naməlum kişi meyiti aşkarlanıb.   

DİN-in mətbuat xidmətindən Son.az-a bildirilib ki, onun xarakterik əlamətləri belədir:  boyu 160-170 santimetr, arıq bədən quruluşlu, qara saçlı, gözlərinin rəngi qaradır. Sağ biləyində 5 ədəd nöqtə şəkli olan döymə var. 

Əynində göy rəngli gödəkçə, mavi rəngli cins şalvar, ağ zolaqları olan qara rəngli idman ayaqqabısı var.   


Xəbərə aid fotolar