Sevdiyi qızla evlənən oğlana 18 bıçaq zərbəsi vurdu


Digərləri 19 Fev 2018 17:36:00 265 0

Sevdiyi qızla evlənən oğlana 18 bıçaq zərbəsi vurdu

Mingəçevir şəhərində dəhşətli qətl törədən 1990-cı il təvəllüdlü Eldar Abbasovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

Son.az ölkə.az-a istinadən xəbər verir ki, Şəki Ağır Cinayətlər Məhkəməsində hakim Rəşid Hüseynovun sədrliyi ilə baş tutan prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib. 

İttihama görə, qətl hadisəsi 2017-ci il, oktyabrın 22-də Mingəçevir şəhərinin İ.Qayıbov küçəsindəki bərbərxanada baş verib.

Mingəçevir sakini olan və Dağıstandan yenicə qayıdan 1990-cı il təvəllüdlü Eldar Abbasov şəxsi münasibətlər zəminində aralarında baş verən dava zamanı şəhər sakini, 1983-cü il təvəllüdlü Pərviz Məmmədova 18 bıçaq xəsarəti yetirərək onu amansızlıqla qətlə yetirib.

Polis əməkdaşları dərhal əraziyə gedərək Eldar Abbasovu hadisənin baş verdiyi bərbərxanada saxlayaraq istintaqa təhvil veriblər. Hadisənin qısqanclıq zəminində törədildiyi məlum olub. Eldar Abbasovun subay, Pərviz Məmmədovun isə 2016-cı ildə evləndiyi və bir uşaq atası olduğu qeyd olunub. Məlum olub ki, Pərviz Eldarın sevdiyi qadınla evlənib. Evlənmək üçün pul yığmaq məqsədilə Dağıstana işləməyə gedən Eldar bir müddət sonra Pərvizin onun sevdiyi qızı qaçıraraq evləndiyini eşidib.