ATƏT DTİHBnin seçki ilə bağlı ilkin missiyası Bakıya gəlir


Siyasət 19 Fev 2018 16:42:00 241 0

ATƏT DTİHBnin seçki ilə bağlı ilkin missiyası Bakıya gəlir

ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu (DTİHB) Azərbaycanda keçiriləcək prezident seçkiləri ilə bağlı ilkin missiyasını göndərəcək.

Son.az bildirir ki, bunu Trend-ə ATƏT DTİHB-nin mətbuat xidmətindən bildiriblər.

DTİHB seçki ekspertlərindən ibarət missiya fevralın 21-22-də Bakıda olacaq.

Missiya müvafiq məlumatları toplayacaq və prezident seçkilərinin müşahidə edilməsi üçün missiyanın göndərilib-göndərilməyəcəyinə və onun mümkün formatına dair tövsiyələr hazırlayacaq. Missiyanın məruzəsi iki həftə ərzində hazır olacaq.

Qeyd edək ki, Azərbaycanda prezident seçkiləri aprelin 11-də keçiriləcək.