Ed Şiran nişanlandı FOTO


Digərləri 19 Fev 2018 16:33:00 293 0

Ed Şiran nişanlandı  FOTO

Dünyanın ən məşhur müğənnilərindən biri, 26 yaşlı Ed Şiran sevgilisi, 25 yaşlı Çerri Siborn ilə nişanlanıb.

Son.az The Sun-a istinadən bildirir ki, Ed Şiran Yeni İl ərəfəsində nişanlansa da, bu barədə yalnız indi İnstagram profilində məlumat verib.

"Yeni İl ərəfəsində nişanlandıq. Sevirik, bəxtəvərik. Pişiklərimiz də razıdırlar", - E.Şiran yazıb.

Şiranla Siborn 2015-cir ildən bəri görüşürlər.

Müğənni "Perfect" mahnısını da məhz sevgilisinə həsr edib.


Xəbərə aid fotolar