"Arsenal"la "Emirates" arasında əməkdaşlıq davam etdiriləcək


İdman 19 Fev 2018 16:38:00 238 0

"Arsenal"la "Emirates" arasında əməkdaşlıq davam etdiriləcək

"Arsenal" "Emirates" aviaşirkəti ilə anlaşmasını yeniləyib. Goal.az xəbər verir ki, razılaşmaya görə "Emirates" 2023/24 mövsümünün sonuna kimi London klubunun sponsoru kimi qalacaq. "Fly Emirates" reklam sloqanı, əvvəlki kimi "topçular"ın formasında qalacaq. Əvvəlki müqavilə 2019-cu ilin yayına kimi qüvvədə idi.

Yeni anlaşma "Arsenal"a klub tarixində rekord gəlir qazandıracaq. Klub mövsümöncəsi hazırlıqlara aviakompaniyanın laynerləri ilə uçacaq. Tərəflər 2006-cı ildən əməkdaşlıq edir. "Arsenal"ın ev oyunlarını keçirdiyi stadion 2028-ci ilə qədər "Emirates" adını daşıyacaq. Bu barədə 2012-ci ildə razılıq əldə olunmuşdu. Ehtimal olunur ki, yeni müqavilədə bu müddət uzadılacaq.