"Ailəmlə çox gözəl münasibətim var" Samir


Şou-biznes 19 Fev 2018 15:47:00 248 0

"Ailəmlə çox gözəl münasibətim var"  Samir

Müğənni Samir Cavadzadə həmkarı Nura Surinin onun haqqında səsləndirdiyi fikirlərə münasibət bildirib. 

Son.az axşam.az-a istinadən xəbər verir ki, ifaçı "ATV Maqazin onlarla" verilişində Nuranın ittihamlarına belə cavab verib: 

"İllər boyu adıma "tənbəl" sözünü çıxaranlar da elə mənim dostlarım olub. Bunu tamaşaçı etməyib. "Samir tənbəldir" sözünü camaata yeridiblər. Mən mahnı seçimində kaprizliyəm. Bir müddət səhnədən uzaq düşməyim öz seçimim olub. "Anasına zəng eləmir" deyir. Mənim anama zəng etməməyimi deməsi düz çıxmır, bunu səhv başa düşə bilərlər. Mənim ailəmlə çox gözəl münasibətim var. Nuranın ö sözündən sonra elə birinci anam mənə zəng vurdu. Ailəmin bura nə aidiyyatı var anlamadım. Bu sözlərinin üstündən 20-25 dəqiqə keçdi mənə yazdı ki, sən haqqımda çox pis danışdın. Bəs sən mənə qarşı pis danışmadın? O iki kəlmən olmasaydı, mən heç sənə cavab verməyəcəkdim. Heç kim haqda indiyədək artıq söz danışmamışam.