Çavuşoğlu: "Əsəd rejimi YPGni qorumaq üçün Afrinə girsə..."


Dünya 19 Fev 2018 15:31:00 222 0

Çavuşoğlu: "Əsəd rejimi YPGni qorumaq üçün Afrinə girsə..."

Türkiyənin baş naziri Mövlud Çavuşoğlu PKK terror təşkilatının Suriya qolu olan PYD/YPG və Suriya prezidenti Bəşər Əsəd arasında Afrinlə bağlı razılaşma əldə edilməsi və Bəşər Əsədə sadiq qüvvələrin bir neçə saat ərzində Afrin şəhərinin mərkəzinə daxil olaсağı barədə xəbərə münasibət bildirib.

Son.az APA-ya istinadən xəbər verir ki, İordaniyada səfərdə olan M. Çavuşoğlu keçirilən mətbuat konfransında deyib ki, "Zeytun budağı" əməliyyatında məqsəd Afrini PYD/YPG-dən təmizləməkdir.

Türkiyənin Suriyanın ərazi bütövlüyünü dəstəklədiyini bildirən M. Çavuşoğlu qeyd edib ki, əgər Əsəd rejimi  PYD/YPG-ni təmizləmək üçün Afrinə daxil olmaq istəyirsə, problem yoxdur: "Ancaq Suriya rejimi PYD/YPG-ni qorumaq üçün Afrinə gedirsə, kimsə bizi dayandıra bilməz".