Çempionlar Liqasında 1/8 finalın daha 2 oyununa təyinatlar açıqlanıb
İdman 19 Fev 2018 15:23:00 308 0
Çempionlar Liqasının 1/8 final mərhələsində keçiriləcək daha 2 oyuna hakim təyinatları açıqlanıb. Goal.az xəbər verir ki, 21 fevralda baş tutacaq "Shakhtar" - "Roma" qarşılaşması şotland, "Sevilla" - "Manchester United" oyunu isə fransız hakimlərə tapşırılıb.
Çempionlar Liqası, 1/8 final (ilk oyunlar)
21 fevral
23:45. Shakhtar - Roma
Baş hakim: Uilyam Kollam
Yan xətt hakimləri: Devid Makqiçi, Frensis Konnor
Əlavə köməkçi hakimlər: Bobbi Madden, Con Biton
Dördüncü hakim: Duqlas Potter (hamısı Şotlandiya)
23:45. Sevilla - Manchester United
Baş hakim: Kleman Türpen
Yan xətt hakimləri: Nikola Dano, Siril Qrinqor
Əlavə köməkçi hakimlər: Ruddi Büke, Nikola Renviy
Dördüncü hakim: Hişam Zakrani (hamısı Fransa)
Mənbə: goal.az