Türkiyə XİN başçısı: “Bəşşar Əsədin Afrini terrorçulardan təmizləməsi üçün problem yoxdur"


Dünya 19 Fev 2018 15:11:34 314 0

Türkiyə XİN başçısı: “Bəşşar Əsədin Afrini terrorçulardan təmizləməsi üçün problem yoxdur"

"Biz həmişə Suriyanın ərazi bütövlüyünü müdafiə etdiyimizi vurğulayırıq"

“Bəşşar Əsədə bağlı silahlı qüvvələr YPG-dən təmizləmək üçün Afrinə girmək istəyirsə problem yoxdur". 

“Report” NTV-yə istinadən xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu iordaniyalı həmkarı Eymen əs-Safedi ilə keçirdiyi birgə mətbuat konfransında bildirib. 

"Əgər Bəşşar Əsəd silahlıları Afrinə terrorçuları qorumaq üçün girisə, onda bizi, türk hərbçilərinin qarşısını heç kim ala bilməz. “Zeytun budağı” əməliyyatında və “Fərat qalxanı” hərəkatında hədəfimiz terrorçuları oradan yox etməkdir. Biz həmişə Suriyanın ərazi bütövlüyünü müdafiə etdiyimizi vurğulayırıq. Əhəmiyyətli olanı rejimin Afrinə girməsi səbəbidir. Əgər bölgəni terrorçulardan təmizləmək üçün girərəsə, problem yoxdur. Yox, YPG-ni qorumaq üçün Afrinə girəcəksə, o halda Türkiyə hərbçisinin qarşısını heç kim ala bilməz”, - o deyib.