Rusiyalı idmançı Olimpiadanı tərk etdi VİDEO FOTO


Digərləri 19 Fev 2018 15:18:00 245 0

Rusiyalı idmançı Olimpiadanı tərk etdi  VİDEO  FOTO

Dopinqdə şübhəli bilinən rusiyalı körlinqçi Aleksandr Kruşelnitski Olimpiya akkreditasiyasını təhvil verib, Cənubi Koreyanın Phönçhan şəhərindəki Olimpiya Kəndini tərk edib.

Son.az CBS-ə istinadən bildirir ki, A.Kruşelnitski həyat yoldaşı Anastasiya Brızqalova ilə birlikdə dabl-mikstdə bürünc medal qazanmışdılar.

Meldonium preparatının qəbulunda şübhəli bilinən A.Kruşelnitskinin dopinq testinə təqdim etdiyi "B" nümunəsi ilə bağlı cavablar bu gün axşam saatlarında peyda olacaq.

Meldonium Ümumdünya Antidopinq Agentliyinin (WADA) 2016-cı ilin yanvarın 1-də yasaqladığı preparatlar siyahısındadır. 


Xəbərə aid fotolar