"Petkim" mənfəətini ikiqat artırıb


Digərləri 19 Fev 2018 15:04:00 262 0

"Petkim" mənfəətini ikiqat artırıb

SOCAR-ın Türkiyədəki ən iri aktivlərindən biri olan "Petkim Petrokimya Holding A.Ş." ("Petkim") 2017-ci il üzrə maliyyə göstəricilərini açıqlayıb.

Son.az APA-ya istinadən xəbər verir ki, "Petkim" ötən il 1 mlrd. 430,911 mln. türk lirəlik xalis mənfəətlə başa vurub. 2016-cı il ilə müqayisədə ötən il şirkətin xalis mənfəəti 2,04 dəfə artıb.