"Bayılda təhlükəli zonada 106 ev yerləşir"


Digərləri 19 Fev 2018 15:09:00 252 0

"Bayılda təhlükəli zonada 106 ev yerləşir"

"Bayıl dərəsinin sağ yamacı konturlaşdırılıb. Sürüşməyə meylli ərazinin konturları daxilində, sürüşməyə meylli kütlənin üzərində 106 fərdi yaşayış evi var".

Son.az xəbər verir ki, bunu APA-ya Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Geoloji Kəşfiyyat Xidmətinin geoloji planlama ekspedisiyasının rəisi Əziz Qaralov deyib. 

Bayıl yamacında sürüşmə ərazisinin 6,9 hektar ərazini əhatə etdiyini xatırladan ekspedisiya rəisi bildirib ki, sürüşməyə meylli ərazinin dil hissəsində olan 106 fərdi yaşayış evinin hamısına bu gün üçün təhlükə var.

Onun sözlərinə görə, Bayıl yamacındakı sürüşmə sahəsində 5 - 6 gün öncə müşahidə olunan vəziyyət hökm sürməkdədir: "Kütlənin üzərində araşdırma aparmaq, çatların eni və uzunluğunu ölçmək bu gün üçün mümkünsüzdür. Yağış yağıb, təbii olaraq ərazidəki kütlə ağırlaşıb. Sürüşmə sahəsində stabilləşmədən söhbət gedə bilməz. Proses davam edir".