Gömrükçülər İran vətəndaşından narkotik vasitə aşkar ediblər


Digərləri 19 Fev 2018 15:07:40 221 0

Gömrükçülər İran vətəndaşından narkotik vasitə aşkar ediblər

Dövlət Gömrük Komitəsinin Gömrük Hüquqpozmalarına Qarşı Mübarizə Baş İdarəsinin Əməliyyat İdarəsinə daxil olmuş məlumata əsasən, Bakı Baş Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinin əməkdaşları ilə birlikdə keçirilən əməliyyat tədbiri nəticəsində Bakı Baş Gömrük İdarəsinin "Xocasən" gömrük postunda İran İslam Respublikasının vətəndaşı Bavafa Maghsoud Farhadın idarə etdiyi "HOWO" markalı yük avtomobilinə baxış keçirilib.

Bakı. Dövlət Gömrük Komitəsinin Gömrük Hüquqpozmalarına Qarşı Mübarizə Baş İdarəsinin Əməliyyat İdarəsinə daxil olmuş məlumata əsasən, Bakı Baş Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinin əməkdaşları ilə birlikdə keçirilən əməliyyat tədbiri nəticəsində Bakı Baş Gömrük İdarəsinin "Xocasən" gömrük postunda İran İslam Respublikasının vətəndaşı Bavafa Maghsoud Farhadın idarə etdiyi "HOWO" markalı yük avtomobilinə baxış keçirilib. Komitədən Trend-ə verilən məlumata görə, baxış zamanı avtomobilin dartıcısının konstruksiyasına aid olan ramasının arxa hissəsində yerləşən hava balonunun sağ kənarı ilə metal korpusu arasındakı boşluqdan sellofana bükülü bir ədəd bağlamada narkotik vasitə aşkar olunub.