Nişanlısını xəyanətdə tutdu


Digərləri 19 Fev 2018 14:46:00 293 0

Nişanlısını xəyanətdə tutdu

İngiltərənin premyer-liqasında qalmaqallar səngimək bilmir.

Gah Ues Morqan xəyanətə görə arvadının qəzəbinə gəlib bahalı malikanəsindən qovulur, Ueyn Runi sərxoş olub əxlaqsız qadını evinə aparır, gah Delle Allinin seks-videosu yayılır.

Bir zamanlar çox perspektivli futbolçu sayılan, indisə "Stok Siti" klubunun ehtiyat heyətində qalan Saido Berahino, deyəsən, həmkarlarının yolunu davam etdirmək fikrinə düşüb.

Son.az Daily Mail-ə istinadən bildirir ki, əslən Burundidən olan 24 yaşlı futbolçunun nişanlısı, 26 yaşlı Stefaniya Xristoforu evin qapısını döyüb, söyüb, qışqırıb.

Əslən kiprli olan qadının sinirlənməsinə səbəb onun nişanlısı Saidonun xəyanəti idi.

Saido həmin an evdə 28 yaşlı model Çelsi Louleyslə birlikdə idi.

Futbolçu və Çelsi İnstagram-da tanış olublar, bir-birlərinə vurulublar.


Xəbərə aid fotolar