"İş yerinə dair arayış" e-xidmətindən istifadə edənlərin sayı artıb


Digərləri 19 Fev 2018 14:39:03 229 0

"İş yerinə dair arayış" e-xidmətindən istifadə edənlərin sayı artıb

"Elektron hökumət” portalındakı e-arayış xidmətlərinə yönələn müraciətlərin 50 faizə qədəri “İş yerinə dair arayış” e-xidmətinə aid olub.

Bakı. "Elektron hökumət” portalındakı e-arayış xidmətlərinə yönələn müraciətlərin 50 faizə qədəri “İş yerinə dair arayış” e-xidmətinə aid olub. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Trend-ə verilən məlumata görə, 2018-ci ilin yanvar ayında “İş yerinə dair arayış” elektron xidmətinə əvvəlki aya (yəni 2017-ci ilin dekabr ayına) nisbətən 5 faiz çox olmaqla 43445 dəfə müraciət olunub. "İş yerinə dair arayış" e-xidmətinə müraciətlərin hər ay çoxalması bu e-xidmətin ölkədə kağız arayışların elektron arayışlarla əvəzlənməsində rolunun və vətəndaşların həmin e-xidmətə marağının getdikcə artmasını göstərir. Bu, eyni zamanda, müvafiq hallarda iş yerləri barədə arayışların elektron qaydada əldə edilməsinə, aidiyyəti qurumlarda isə qeyd olunan arayışların elektron formada qəbul olunmasına üstünlük verilməsinin təzahürüdür.