Olimpiadada bürünc medal qazanan rusiyalı idmançıda dopinq tapıldı


İdman 19 Fev 2018 14:29:00 338 0

Olimpiadada bürünc medal qazanan rusiyalı idmançıda dopinq tapıldı

Cənubi Koreyanın Pxençxan şəhərində keçirilən XXIII Qış Olimpiya Oyunlarında körlinq növü üzrə bürünc medal qazanan rusiyalı idmançı Aleksandr Kruşelnitskinin B dopinq-testi də müsbət nəticə verib.

Goal.az-ın "Inside The Games" nəşrinə istinadən məlumatına görə, A nümunəsində də dopinq aşarkarlanan idmançının ikinci nümunəsi bu gün səhər saatlarında Seuldakı Anti-Dopinq Laboratoriyasında açılıb. İdmançının B nümunəsində də meldonium maddəsi aşkarlanıb. 

Olimpiadada Kruşelnitski həyat yoldaşı Anastasiya Brızqalova ilə birgə çıxış edib. Onlar qarışıq qoşa yarışda bürünc medal qazanıblar. Kişi körlinqçinin dopinq-testinin müsbət nəticə verməsi üzündən Rusiya Pxençxan-2018-də qazandığı ilk medaldan məhrum edilə bilər.