Rusiya, Türkiyə və İran XİN başçıları Astanada görüşəcəklər


Dünya 19 Fev 2018 14:12:31 257 0

Rusiya, Türkiyə və İran XİN başçıları Astanada görüşəcəklər

Nazirlərin görüşü martın ortalarında keçiriləcək

Rusiya, Türkiyə və İran xarici işlər nazirlərinin Suriya məsələsi üzrə görüşü martda Astanada keçiriləcək.

"Report" xəbər verir ki, bu barədə TASS-a Türkiyənin Rusiyadakı səfiri Hüseyn Lazip Diriöz bildirib.

"Məncə, görüş ayın ortalarında olacaq", - o deyib.