“Baku Network” dünyanın aparıcı analitik mərkəzləri arasına daxil olub


Digərləri 19 Fev 2018 14:12:00 289 0

“Baku Network” dünyanın aparıcı analitik mərkəzləri arasına daxil olub

"Baku International Policy and Security Network" (Azərbaycan) 2018-ci il üçün aparıcı analitik mərkəzlərin ümumdünya indeks-reytinqinə daxil edilib.

Bu fakt Azərbaycan QHT-nin beynəlxalq səviyyədə tanınmasının göstəricisidir.

Son.az Trend-ə istinadən xəbər verir ki, "Baku Network" Azərbaycanın bu cür nüfuzlu reytinqdə yer alan ilk analitik mərkəzidir. Bu indeks-reytinq hər il ABŞ-da Pensilvaniya Universiteti nəzdində Loder İnstitutu tərəfindən dərc olunur.

Ötən ilin oktyabrında "Baku Network"un nümayəndələri Vaşinqton, Filadelfiya və Nyu-Yorda ABŞ-ın bir sıra "beyin mərkəzləri" və tədqiqat institutlarında görüşlər keçirmək üçün dəvət olunmuşdu. Bu görüşlər barədə danışan QHT-nin rəhbəri Elxan Ələsgərov qeyd edib ki, həmin institutlar ABŞ-ın xarici siyasətinin formalaşmasına ciddi təsir göstərir. Görüşlər zamanı Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycanın əldə etdiyi siyasi və sosial-iqtisadi nailiyyətlər, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi məsələsində Azərbaycanın ədalətli mövqeyi barədə obyektiv məlumatlar diqqətə çatdırılıb.