Türkmənistan Azərbaycanla hökumətlərarası komissiyanın tərkibini təsdiq edib


Siyasət 19 Fev 2018 14:15:00 252 0

Türkmənistan Azərbaycanla hökumətlərarası komissiyanın tərkibini təsdiq edib

Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov iqtisadi əməkdaşlıq üzrə Türkmənistan-Azərbaycan hökumətlərarası komissiyasının Türkmənistan tərəfindən tərkibini təsdiq edib.

Son.az Trend-ə istinadən xəbər verir ki, bu barədə "Türkmənistan və Azərbaycan arasında əməkdaşlığın gələcək inkişaf məqsədilə" müvafiq sərəncam imzalanıb.

Qeyd edək ki, hər iki ölkə öz enerji ehtiyatlarının Avropaya çatdırılması üçün alternativ marşrutların istifadəsində maraqlıdır.