Bakıda keçiriləcək batut gimnastikası üzrə Avropa çempionatı iştirakçılarının çıxış ardıcıllığı bəlli olub


Digərləri 19 Fev 2018 14:14:00 256 0

Bakıda keçiriləcək batut gimnastikası üzrə Avropa çempionatı iştirakçılarının çıxış ardıcıllığı bəlli olub

Batut gimnastikası üzrə Avropa çempionatı iştirakçılarının çıxış ardıcıllığı bəlli oldu.

Bakı. Azərbaycan Gimnastika Federasiyasının (AGF) ofisində Bakıda ilk dəfə batut gimnastikası, tamblinq və ikili mini-batut üzrə təşkil ediləcək 26-cı Avropa çempionatının püşkatma mərasimi keçirilib. AGF-dən Trend-ə verilən məlumata görə, püşkatma mərasimində Avropa Gimnastika İttifaqının (UEG) prezidenti Fərid Qayıbov, UEG-nin Batut gimnastikası üzrə Texniki Komitəsinin prezidenti Vladimir Zeman və 6 komitə üzvü Babet Van Veterinq, İrina Karavayeva, Luiş Nunes, Patrik Ziqfred, Mariela Stoyçeva və Konrad Bojakovski, eləcə də AGF rəsmiləri və Yerli Təşkilat Komitəsinin üzvləri iştirak ediblər. Püşkatma ardıcıllığı prosedurunu izah edən komitə prezidenti V.Zeman qeyd edib ki, həm böyüklər, həm də gənclər arasında baş tutacaq çempionata püşkatma 4 kateqoriya – qadınlar və kişilər arasında fərdi batut, sinxron batut, tamblinq və ikili mini-batut üzrə keçirilir. Komitə prezidenti vurğulayıb ki, püşkatma zamanı 2016-cı ildə təşkil edilmiş Avropa çempionatının komanda hesabında nəticələrinə əsasən ölkələr qruplara bölünəcək, daha sonra isə komanda ilə çıxış edən yeni ölkələr və yalnız fərdi çıxış edən gimnastlar əlavə olunacaq.