Bakıda tutulan narkobaronun başqa cinayətlərinin də üstü açıldı FOTO


Kriminal 19 Fev 2018 14:01:00 281 0

Bakıda tutulan narkobaronun başqa cinayətlərinin də üstü açıldı  FOTO

Bir neçə gün bundan əvvəl saxlanılan silahlı narkobaronun ətrafına topladığı şəxslərlə birlikdə silsilə mənzil oğurluqları törətdiyi məlum olub.

DİN-dən Son.az-a verilən məlumata görə, Suraxanı Rayon Polis İdarəsi və 30-cu Polis Bölməsi əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilindiyinə görə saxlanılan Novruz Salayevin ətrafında aparılan əlavə tədbirlərlə onun digər cinayətlərinin də üstü açılıb. İstintaq-əməliyyat tədbirləri zamanı müəyyən edilib ki, N.Salayev ətrafına topladığı şəxslərlə birlikdə Suraxanı rayonu ərazisində silsilə mənzil oğurluqları törədib.

Polis əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbirləri nəticəsində qeyd edilən qrupun digər üzvləri - Bakı şəhər sakinləri Nurlan Ağayev, Sərhat Əmirov və Mirasəf Kərimli saxlanılıblar. Ətraflarında aparılan əməliyyat tədbirləri ilə müəyyən edilib ki, onlar ötən ilin noyabr ayından cari ilin yanvar ayınadək olan müddətdə 15 evdən pul, qızıl və məişət əşyaları oğurlayıblar.

Dəstə üzvlərinin cinayət yolu ilə ələ keçirdikləri məişət və digər qiymətli əşyalar N.Salayevin avtomobili ilə onun yaşadığı evə aparılıb.


Xəbərə aid fotolar