“Testene Art Baku” II Beynəlxalq İncəsənət festivalmüsabiqəsi keçiriləcək


Digərləri 19 Fev 2018 14:10:00 291 0

“Testene Art Baku” II Beynəlxalq İncəsənət festivalmüsabiqəsi keçiriləcək

Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin dəstəyi ilə 27 mart - 2 aprel 2018-ci il tarixlərində İtaliyanın "Testene Art Baku" Beynəlxalq Mədəniyyət  Assosiasiyasının və C.Hacıyev adına 3 nömrəli onbirillik musiqi məktəbinin birgə təşkilatçılığı ilə II Beynəlxalq İncəsənət festival-müsabiqəsi keçiriləcək.

Müsabiqədə münsiflər heyəti kimi Rusiyanın xalq artisti Viktor Pelenyaqre,  Rusiya və Tatarstanın xalq artisti  Renat İbrahimov, bəstəkar, pianoçu,Litva musiqi akademiyasının professoru Arturas Ankskauskas, Vilnüs musiqi akademiyasının professoru, Litva-Avstrya cəmiyyətinin prezidenti  Petras Kunka və festivalın fəxri qonağı qismində Fabio Lamborqini iştirak edəcəklər.

Müsabiqə 7 nominasiya: vokal, instrumental, rəqs, teatr, folklor, təsviri incəsənət, moda və dizayn üzrə keçiriləcək.

Festivalda qalib gələn iştirakçılar I, II, III dərəcəli diplomlarla təltif oluncaqlar, onlara xüsusi hədiyyələr və Təşəkkürnamələr veriləcək.