Bayılda icra başçısı evlərindən çıxarılan ailələrlə görüşür


Digərləri 19 Fev 2018 13:33:00 241 0

Bayılda icra başçısı evlərindən çıxarılan ailələrlə görüşür

Hazırda Səbail Rayon İcra Hakimiyyətinin başçısı Eldar Əzizov Bayıl yamacında sürüşmə baş verən ərazidə təhlükə ilə üzləşən mənzil sahibləri ilə növbəti dəfə görüş keçirir.

Son.az xəbər verir ki, bunu Trend-ə İcra Hakimiyyəti başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini İsrafil Kərimov deyib.

Qurum rəsmisi bildirib ki, icra başçısı hazırda sakinləri onların yerləşdirildiyi sığınacaqda qəbul edir: "Görüşün məqsədi sakinlərə kirayə evlərə çıxmaq üçün veriləcək kompensasiyalarla bağlıdır".