Hakim: "Aygün Bəylərin məhkəmədə iştirak etməsi lazımdır"


Digərləri 19 Fev 2018 13:27:00 299 0

Hakim: "Aygün Bəylərin məhkəmədə iştirak etməsi lazımdır"

Səbail Rayon Məhkəməsində əməkdar artist Röya Ayxanın həmkarı, əməkdar artist Aygün Bəylərə qarşı iddiası əsasında məhkəmənin hazırlıq iclası davam etdirilib.

Son.az xəbər veirr ki, bu barədə report-a R.Ayxanın vəkili Vamiq Şükürov məlumat verib.

Onun sözlərinə görə, hakim Zaur Əliyevin sədrliyi ilə keçirilən prosesdə A.Bəylərin məhkəməyə gəlmədiyi elan olunub.

Hakim bildirib ki, A.Bəylərin özünün də məhkəmədə iştirak etməsi lazımdır: "Məhkəmə onun ünvanına bildiriş göndərib. Amma Aygün xanım, deyəsən, həmin ünvanda yaşamır. Məhkəmə onun ünvanına yenidən bildiriş göndərəcək".