İtkin düşən alpinistlərlə bağlı AÇIQLAMA


Digərləri 19 Fev 2018 13:04:00 277 0

İtkin düşən alpinistlərlə bağlı AÇIQLAMA

Qubaya güclü qarın yağmasına baxmayaraq, itkin düşmüş "Gilavar" idman klubunun 3 üzvü - 1983-cü il təvəllüdlü Namin Bunyatzadə, 1990-cı il təvəllüdlü Babur Hüseynov və 1991-ci il təvəllüdlü Fəridə Cəbrayılzadənin axtarışları davam etdirilir.

Son.az xəbər verir ki, bu barədə azvision.az-a "Gilavar" idman klubunun rəhbəri Ziya Qasımlı məlumat verib. Onun sözlərinə görə, hava şəraitinin dəyişməsi ilə əlaqədar təhlükəsizlik qaydalarına əməl olunur.

Qeyd edək ki, ötən il dekabrın 23-də "Gilavar" hava və ekstrim idman klubunun 3 üzvü - Fəridə Cəbrayılzadə, Babur Hüseynov və Namin Bünyatzadə Quba rayonundan Tufandağ istiqamətində hərəkət edərkən onlarla əlaqə kəsilib.