Şirkət və mağazadan oğurluq edən şəxs saxlanılıb


Digərləri 19 Fev 2018 12:53:06 196 0

Şirkət və mağazadan oğurluq edən şəxs saxlanılıb

Fevralın 18-nə keçən gecə Daxili İşlər Nazirliyinin (DİN) “102” Xidməti Zəng Mərkəzinə Nərimanov rayonu ərazisindəki bir şirkətdən və 1 mağazadan oğurluq edilməsi barədə məlumatlar daxil olub.

Bakı. Fevralın 18-nə keçən gecə Daxili İşlər Nazirliyinin (DİN) “102” Xidməti Zəng Mərkəzinə Nərimanov rayonu ərazisindəki bir şirkətdən və bir mağazadan oğurluq edilməsi barədə məlumatlar daxil olub. DİN-in mətbuat xidmətindən Trend-ə verilən məlumata əsasən, dərhal aidiyyatı üzrə hadisə yerinə gələn Rayon Polis İdarəsinin 18-ci Polis Bölməsinin əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib. Araşdırmalarla karqo şirkətindən və mağazadan 150 manat pul, “Wi-Fi” aparatı, yaddaş qurğusu, mobil telefon, ev telefonu və qiymət çap edən aparatın oğurlanması məlum olub.