"Manchester United"in sayılmayan qoluna görə üzr istədilər


İdman 19 Fev 2018 12:37:00 266 0

"Manchester United"in sayılmayan qoluna görə üzr istədilər

"Hawk-eye" qol fikasiyası sistemini təqdim edən kompaniya "Manchester United"dən üzr istəyib. Goal.az xəbər verir ki, buna səbəb sistemin İngiltərə Kubokunun 1/8 finalında baş tutan "Huddersfield" - "Manchester United" (0:2) qarşılaşmasında qonaqların oyunçusu Xuan Matanın səhvən ofsaydda olmasını qeydə almasıdır. Epizodun davamında ispaniyalı yarımmüdafiəçi topu rəqibin qapısından keçirmişdi. Oyunun baş hakimi Kevin Frend videotəkrardam sonra qolu hesaba almamışdı. "BT Sport" kanalı isə epizodun təkrarını göstərərəknə ekranda ofasayd xəttinin əyri olduğu nəzərə çarpmışdı.

"Texniki səhv ekrana səhv qrafikanın çıxmasına səbəb oldu. Videoassistent düzgün şəkilə görə qərar vermişdi. Amma teleekrana yanlış görüntünün çıxmasına görə üzr istəyirik" - kompaniyanın bəyanatında deyilir.