"Report": Bu həftənin önəmli qlobal iqtisadi xəbərləri - TOP-5


İqtisadiyyat 19 Fev 2018 11:09:43 398 0

"Report": Bu həftənin önəmli qlobal iqtisadi xəbərləri - TOP-5

Əsas diqqət FED və ECB-nin proptokollarında olacaq

Qlobal maliyyə bazarı üçün 19-25 fevral həftəsinin ən vacib iqtisadi xəbərləri ABŞ, Böyük Britaniya, Kanada, avrozona və Avstraliya tərəfindən açıqlanacaq.

"Report"un analitik qrupu həftənin dünya maliyyə bazarına təsir edə biləcək ən vacib 5 iqtisadi xəbəri müəyyənləşdirib:

1) Fevralın 21-də ABŞ-ın Federal Açıq Bazarlar üzrə Komitəsi (FOMC) son monetar siyasət iclasının protokollarını aşıqlayacaq. Bununla yanaşı, həmin gün ABŞ-da yanvar ayı üzrə təkrar bazarda ev satışı, FOMC üzvü Patrik Harkerin (Patrick Harker), fevralın 22-də Randal Kvorles (Randal Quarles) və Nil Kaşkarinin (Neel Kashkari), Uilyam Dadlinin (William Dudley), Rafael Bostikin (Raphael Bostic) və Robert Kaplanın, fevralın 23-də isə Loretta Mester və Con Uilyamsın (John Williams) açıqlamaları olacaq;

2) Fevralın 21-də İngiltərə Mərkəzi Bankının (BoE) rəhbəri Mark Karninin (Mark Carney) açıqlamaları olacaq. Fevralın 21-də Britaniyada orta aylıq əmək haqqı, işsizlik müraciətləri, dekabr ayının işsizlik göstəricisi, inflyasiya hesabat, fevralın 22-də isə 2017-ci ilin son rübü və ilin yekun iqtisadi artım göstəricisi açıqlanacaq;

3) Fevralın 22-də Kanadada pərakəndə satışın baza indeksi, bir gün sonra isə yanvar ayının aylıq və illik inflyasiya göstəriciləri açıqlanacaq;

4) Fevralın 20-də Avropa İttifaqı (Aİ) ölkələri maliyyə nazirlərinin görüşü keçiriləcək. Fevralın 22-də isə ECB son monetar siyasət iclası ilə bağlı protokollarını açıqlayacaq. Fevralın 23-də avrozonada yanvar inflyasiyası açıqlanacaq;

5) Fevralın 20-də Avstraliya Mərkəzi Bankı son monetar siyasət iclasının protokollarını açıqlayacaq.